Çıxılmaz vəziyyətdə qalan əhali: "50 dərəcə istidə su yoxdur"

Çıxılmaz vəziyyətdə qalan əhali: 50 dərəcə istidə su yoxdur
Video
Sosial 217

Siyəzənin Daşlı Çalğan kəndinin sakinləri uzun illərdir susuzluqdan əziyyət çəkirlər.

Təxminən 30 ev olan kənddə, demək olar ki, heç bir evdə su yoxdur.

Sakinlər kənddə mövcud olan yeganə bulaqdan qablarla su daşıyaraq tələbatlarını ödəməyə çalışırlar.

Onların sözlərinə görə, bulaq kəndin aşağı hissəsində yerləşir və suyu çox zəif gəlir.

"Maşınım var deyə hər gün qabları doldurub evə gətirirəm. Amma maşını olmayanlar nə etsinlər? Hamı su daşımaqdan böyrək xəstəliyinə tutulub", - deyə kənd sakinlərindən biri bildirib.

"Cavanların hamısı çıxıb gedib. 50 dərəcə istidə hər gün evə su daşıyırıq. Kənd əldən gedir", - deyə başqa sakin narazılığını dilə gətirib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, kənddə agentliyin mərkəzləşdirilmiş su şəbəkəsi mövcud deyil. Kəndin yüksək dağ relyefində yerləşməsi suyun çəkilməsini və daşınmasını çətinləşdirir.

Qurumdan qeyd olunub ki, su şəbəkəsi olmayan ərazilərdə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası mövcud texniki vəziyyət və digər amillər nəzərə alınmaqla mərhələli şəkildə həyata keçiriləcək.

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər