Ağdam və Ağdərədə güclü YANĞIN - Partlayışlar baş verir

Yanğının baş verdiyi ərazilərdə beş partlayış qeydə alınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, partlayış əsasən Ağdərə rayonu ərazisində qeydə alınıb.
Partlayışın üçü axşam saatlarında, ikisi isə bir neçə dəqiqə əvvəl qeydə alınıb.
Partlayışın səbəbinin ərazidəki mina və partlamamış döyüş sursatının olduğu ehtimal olunur.
Qeyd edək ki, yanğın baş verən əraziyə 4 xüsusi texnika və 50 nəfərə qədər şəxsi heyət cəlb olunub
***22:53
Ağdam və Ağdərə rayonlarının işğaldan azad edilən ərazilərində yanğın baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanğın hadisəsi Xaçınçayı boyunca yerləşən Ağdam rayon Əlağalı və Yeni Qaralar kəndləri ərazisindən başlayıb.
Geniş əraziyə yayılan yanğın Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.
Əsasən ot və kol bitkilərinin yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Ümumilikdə 50 nəfərdən ibarət şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.
Hazırda yanğın davam edir.
Oxşar xəbərlər
İmişlidə qəza: "Mercedes" və "Opel Astra" toqquşdu
İmişli rayonunda axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, qəza "Mercedes" və "Opel Astra" marka...