"Əkinçi"dən başlayan yol: "Tariximizin 150-ci səhifəsi"
Baku TV Azərbaycan mətbuatının 150 illiyinə həsr olunan "Tarixin 150-ci səhifəsi" adlı sənədli film hazırlayıb.
Filmdə "Əkinçi" qəzetindən başlayaraq müasir rəqəmsal mediaya qədər Azərbaycan jurnalistikasının inkişaf yolundan bəhs olunub. Ekran işində "Əkinçi" qəzetinin yayımlandığı dövrdə onun London kimi şəhərlərdə tanınması, amma yerli oxucular tərəfindən laqeyd qarşılanması diqqətə çatdırılıb.
Eyni zamanda Həsən bəy Zərdabinin bu qəzet vasitəsilə milli dil və maarifçilik uğrunda apardığı mübarizə və vətənpərvərliyi vurğulanıb.
Bildirilib ki, XX əsrin əvvəlləri Azərbaycan mətbuatının qızıl dövrü hesab olunur, bir çox önəmli qəzet və jurnallar məhz bu dövrdə nəşr edilib. Sovet dövründə mətbuat ciddi senzura altında olsa da, jurnalistlər milli düşüncəni qorumağa çalışıblar. 1990-cı illərdə müstəqil qəzetlərin yaranması ilə söz azadlığı genişlənib və mətbuat Azərbaycanın müstəqillik mübarizəsində mühüm rol oynayıb.
Qarabağ müharibəsi zamanı isə media xalqın ən etibarlı informasiya mənbəyinə çevrilərək qələbə xəbərlərini çatdırmaqda ön planda olub.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Turistlər Azərbaycanda ən çox nədən narazıdırlar? - ARAŞDIRMA
Bu ilin yanvar-iyun aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş 723 min 222 əcnəbi və vətəndaşlığı olmayan şəxsdən 657 min 596 nəfəri (90,9 %-i) ölkədə o...