Günel Zeynalovanın ailəsinə ağır itki üz verdi
22
iyl
2025
13:06
Müğənni Günel Zeynalovanın ailəsinə ağır itki üz verib.
BAKU.WS xəbər verir ki, onun əmisi dünyasını dəyişib.
Bu barədə Günel sosial şəbəkədə bildirib.
O əmisi ilə fotosunu paylaşaraq onun vəfat etdiyini qeyd edib.
"Ən böyük əmim, Əfi... Mən sənə Əficik deyirdim. Çox gözəl insan idin, səni çox sevirəm. Bu dünyadan əbədiyyətə köçdün. Ölümə inanmayan biri olaraq ən sonda hamımız görüşəcəyik. Əmilərimin hamısı mənim üçün dəyərlidir. Allah geridə qalanlara can sağlığı versin".
Xatırladaq ki, Zeynalova 2022-ci ildə əmisi oğlu Yelmar Zeynalovu itirib.
Oxşar xəbərlər
Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə"
Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. BAKU.WS xəbər verir ki, pop ulduz əlamətdar yaş günündə özünə yeni m...