Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı

Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı
Digər 61

Saçların nəzərəçarpacaq dərəcədə seyrəlməsi və topa halında tökülməsi orqanizmdə müəyyən problemlərin göstəricisi ola bilər.

BAKU.WS xəbər verir ki, trixoloq, kosmetoloq və plastik cərrah Madina Osman saç tökülməsinin normadan artıq olduğunu göstərən əsas əlamətləri açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, gün ərzində 50-100 saç telinin tökülməsi normal hesab olunur. Lakin daraqda, yastıqda və çimərkən su axacağında saçların miqdarının nəzərəçarpacaq dərəcədə artması diqqətdən kənarda qalmamalıdır.

Saç ayrımının genişlənməsi, baş dərisinin daha çox görünməsi, saçların nazikləşməsi və kövrəkləşməsi də narahatlıq doğuran əlamətlər sırasındadır.

Madina Osman bildirib ki, xroniki stress saçların böyümə dövrünü poza və tökülməni sürətləndirə bilər. Bu səbəbdən yuxu rejiminin normallaşdırılması, fiziki aktivlik və stressin azaldılması vacibdir.

Saçların sağlamlığını qorumaq üçün qidalanmaya da xüsusi diqqət yetirilməlidir. Rasionda zülal, dəmir, sink və vitaminlərlə zəngin qidaların olması əhəmiyyət daşıyır. Eyni zamanda, fen və saç ütüsü kimi yüksək temperatur yaradan cihazlardan həddindən artıq istifadə etməmək, saçlara zərif qulluq göstərmək tövsiyə olunur.

Mütəxəssis belə hallarda trixoloqa müraciət etməyi məsləhət görür. Zərurət yarandıqda qan analizləri, hormonal müayinələr və saçların vəziyyətini qiymətləndirmək üçün əlavə müayinələr aparıla bilər.

Qeyd edək ki, saçların qəfil və sürətlə tökülməsi, keçəlləşmə sahələrinin yaranması və ya baş dərisində dəyişikliklərin müşahidə olunması zamanı həkimə müraciəti gecikdirmək olmaz. Problemin səbəbini vaxtında müəyyənləşdirmək düzgün müalicənin seçilməsinə kömək edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər