Sumqayıtda adı səhv yazılan dövlət qurumundan AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı kommunal sahəsinin inzibati binasının önündə vurulan lövhədə orfoqrafik səhvlərə yol verildiyi barədə məlumat vermişdik.
BAKU.WS “oxu.a”a istinadən xəbər verir ki, hər kəsi maraqlandıran məqam sözügedən lövhənin o şəkildə necə quraşdırıldığı və quraşdırılan zaman lövhənin üzərində yazılanı qurum əməkdaşlarının oxumamış olmasıdır.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən bildirilib ki, qurumun adı ilə bağlı lövhənin hazırlanması reklam şirkətlərindən birinə sifariş edilib:
“Binanın önündə quraşdırılan lövhədə qurumun adının yazılışında orfoqrafik səhvlər olub. Lövhə quraşdırılan zaman qurum əməkdaşlarından heç kim prosesdə iştirak etməyib.
Məlum səhvlər daha sonra diqqət çəkib və məsələ ilə bağlı reklam şirkətinə dərhal müraciət edilib. Lövhənin düzgün qaydada yazılması tələb edilib. Gün ərzində lövhə yenisi ilə əvəz ediləcək”.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...