Şəhid anası: "Rasim polis formasına həmişə hörmətlə yanaşardı"

Şəhid anası: Rasim polis formasına həmişə hörmətlə yanaşardı
Video
Sosial 115

2023-cü il sentyabrın 19-da başlayan və cəmi 23 saat davam edən lokal antiterror əməliyyatı Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatı kimi tarixə düşdü.

Həmin gün Xocavənd rayonu istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində 8 polisimiz şəhid oldu. Onlardan biri də polis serjantı Rasim Məmmədov idi.

Şəhidin anası Xuraman Məmmədova oğlu ilə bağlı xatirələrini bölüşərək deyib:

"Rasim çox zəhmətkeş və məsuliyyətli biri idi. Həmişə polis formasına hörmətlə yanaşardı. İşindən danışmağı sevməzdi".

Xuraman Məmmədova həmin günün acı xatirəsini də belə xatırlayır:

"Həlak olan polislərlə bağlı xəbərlər yayılanda mən dərsdə idim, baş verənlərdən xəbərsiz idim. Hamı düşünürdü ki, bu xəbəri mənə necə desinlər. Şəhidlərin siyahısında Rasimin şəkli yox idi. Oğullarımızı Vətən uğrunda qurban verib suverenliyimizi bərpa etdik. Bizim borcumuz onların adını daim yaşatmaqdır".

Son xəbərlər