Şagirdlər və valideynlər üçün SEVİNDİRİCİ XƏBƏR
Yeni tədris ilindən bir sıra məktəblərdə "Məktəbli avtobusu" layihəsinin tətbiqinə başlanılacaq. Artıq bununla bağlı işlər görülür.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, hazırda layihə sınaq mərhələsindədir.
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi məsələsindən də danışan nazirin sözlərinə görə, bu proses gələcəkdə məktəblərin muxtariyyət əldə etməsi kimi düşünülə bilər.
Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılmasına da toxunan Emin Əmrullayev bildirib ki, bəzi elmi müəssisələr birləşdirilərkən ixtisarlar olmayacaq. Hətta optimallaşma ilə bərabər 2 yeni elmi müəssisənin yardılması planlaşdırılır.
Oxşar xəbərlər
Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
Mayın 17-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasında ikinci Paylayıcı Qurğuda (PQ) yenidənqur...