Reklam yerlərinin icarə qiymətlərinə Dövlət Reklam Agentliyi müdaxilə etmir
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) reklam yerlərinin icarə qiymətlərinin müəyyən edilməsi ilə bağlı məsələlərə münasibət bildirib.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, reklam yerlərinin icarə qiymətlərinin müəyyən olunması Agentliyin səlahiyyətlərinə daxil deyil. Agentliyin funksiyaları yalnız müvafiq sahədə qanunvericiliyə riayət olunmasına nəzarət, reklam daşıyıcılarının qanunvericiliyə uyğunluğunun yoxlanılması və icazə prosedurlarının icrası ilə məhdudlaşır.
Bildirilib ki, reklam yerlərinin icarəsi ilə bağlı qiymətlər və digər maliyyə məsələləri bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq reklam subyektləri – reklamvericilər və reklam yayıcıları tərəfindən tənzimlənir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 12–17 iyul 2026-cı il tarixlərində Gəncə və Samux ərazilərində baş vermiş qida zəhərl...