Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev kimdir? - DOSYE

Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev kimdir? - DOSYE
Sosial 20

Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, Vahid Hacıyev 19 aprel 1983-cü ildə Bakı şəhərində oftalmoloq Rasim Hacıyevin ailəsində anadan olub və buradakı 2 saylı Texniki- Humanitar liseydə orta məktəbi bitirib.

2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2005-ci illdə isə həmin universitetdə Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə magistr təhsilini alıb.

Daha sonra 2019-cu ildə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Əmək fəaliyyətinə 2004-cü ildən Deloitte Azərbaycan şirkətində aparıcı auditor kimi başlayıb.

2007–2009-cu illərdə BP Azərbaycan şirkətində vergi üzrə analitik, 2007–2010-cu illərdə vergi üzrə müşavir, 2012–2014-cü illərdə BP Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi hesabatlılığı idarəsinin rəhbəri, 2014–2017-ci illərdə həmin şirkətin icra aparatının rəhbəri olaraq çalışmışdır.

2017–2019-cu illərdə həmin şirkətdə Dayaz su Abşeron yarımadası üzrə hasilat bölgüsünün kommersiya üzrə rəhbəri, 2019–2020-ci illərdə isə BP Azərbaycan şirkətinin bütün kəşfiyyat layihələri üzrə kommersiya direktoru vəzifələrini tutub.

Daha sonra 2020–2022-ci illərdə bitkiçilik və iri taxılçılıq növü üzrə fəaliyyət göstərən "Agro Dairy" MMC-də direktoru vəzifəsində çalışmışdır. 04 may 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

22 iyul 2022-ci ildən həm də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdir.

2022-ci il iyunun 22-də Vahid Hacıyevə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.

O rus, ingilis dillərini bilir. Ailəlidir, üç övladı var.

Oxşar xəbərlər

Son xəbərlər