Pensiyalar bu qədər artacaq - Hesablama qaydası

Pensiyalar bu qədər artacaq - Hesablama qaydası
Sosial 11496
Dünən prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.Sözügedən sərəncam pensiyaların artımına necə təsir göstərəcək?İqtisadçı-ekspert Rövşən Ağayev bu barədə Qaynarinfo-ya açıqlama verib. O, bildirib ki, ölkə başçısının sözügedən sərəncamı qanunun prosedurundan irəli gələn məsələdir:"Əmək Pensiyası haqqında" Qanunun 29-cu maddəsinə əsasən pensiyalar ildə bir dəfə orta aylıq əmək haqqının səviyyəsinə görə indeksləşdirilir. Ötən il orta əmək haqqı 2,9 faiz olub. Yəni, indeksləşdirmə də 2,9 faiz səviyyəsində aparılacaq. Bildiyiniz kimi bizdə pensiyalar iki hissədən, baza və sığorta hissəsindən ibarətdir. Baza hissəsi qanunla 110 manatdır. Bir də əlavə olaraq sığorta hissəsi var ki, bu, işçinin stajına görə qazandığı əməkhaqqına uyğun olaraq hesablanır. Məsələn siz 400 manat əməkhaqqı alırsınızsa, bunun 110 manatı baza, yerdə qalan hissəsi isə gələcəkdə alacağınız pensiyanın sığorta hissəsidir.Bu gün kim 200 manat pensiya alırsa, onun 110 manatı baza hissəsi yerdə qalan 90 manatı isə sığorta hissəsidir.Nümunə 1: Pensiyanın məbləği 200 manatdırsa(200-110) x 2,9 : 100 = 2,61 AZN (artım)Nümunə 2: Pensiyanın məbləği 250 manatdırsa(250-110) x 2,9 : 100 = 4.06 AZN (artım)Bir də ki, bu gün çalışan amma pensiya almayan şəxslər var ki, onların da pensiya kapitalı yığılır. Həmin şəxslərin dediyim kimi əmək haqqılarının sığorta hissəsi gələcək üçün 2,9 faiz səviyyəsində indeksləşdiriləcək.BAKU.WS

Oxşar xəbərlər

Pensiyaların sığorta hissəsi artırıldı - SƏRƏNCAM

Pensiyaların sığorta hissəsi artırıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, sərəncamda Əmək və Əhal...

3091 Sosial 18:52 07 fevral 2019

Son xəbərlər