Pensiyaların sığorta hissəsi artırıldı - SƏRƏNCAM

Pensiyaların sığorta hissəsi artırıldı - SƏRƏNCAM
Sosial 3121
Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırlıb.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Pensiyalar belə artırılacaq – RƏSMİ MƏLUMAT

Pensiyalar belə artırılacaq – RƏSMİ MƏLUMAT

Bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur .Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin...

3545 İqtisadiyyat 15:43 08 yanvar 2019

Son xəbərlər