Azərbaycanda əmək pensiyaları artırıldı - SƏRƏNCAM
09
fev
2018
18:48
Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsitərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə:bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.BAKU.WS
Oxşar xəbərlər
Pensiyaların hesablanması QAYDASI DƏYİŞDİ
2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması qaydası açıqlanıb.Bu hallar Əmək və Əhalinin Sosiall Müdafiəsi Nazirliyi Kollegiy...