Fond sədri: "Pensiyalar yenə artacaq"
"Pensiyaların artımının iki mexanizmi var. Biri baza hissəsinin artımıdır, digəri isə sığorta hissəsinin indeksləşdirilməsi və pensiya kapitallarının indeksləşdirilməsi mexanizmidir. Cənab prezidentin hazırkı qərarı əmək pensiyalarının artımını ifadə edir".
BAKU.WS-in məlumatına görə, bunu dövlət sosial müdafiə fondunun sədri Elman Mehdiyev söyləyib. O bildirib ki, qanunvericiliyin digər müddəaları isə sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlıdır:
"Dövlət Sosial müdafiə fondu hər il yanvar- fevral ayında bu sahədə təkliflər hazırlayaraq təqdim edir. Hazırda biz bu istiqamətdə təkliflər planı hazırlayırıq. Statistika komitəsi inflyasiya rəqəminin faizini bizə təqdim etdikdən sonra, biz yekun təklifi hazır edib ictimaiyyətə açıqlayacayıq".
Qeyd edək ki, hər il dövlət başçısı əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayır. Bu sərəncama əsasən pensiya kapitalı məbləğləri ötən il ərzindəki inflyasiya dərəcəsinə uyğun olaraq indeksləşdirilir.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Prezident pensiyaları artırdı
Azərbaycan Prezidenti İlham Əliyev Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: "1...