Paytaxtda səsucaldıcılarla reklam artıb: Sakinlər narazıdırlar
Paytaxtın müxtəlif yerlərində səsucaldıcılar vasitəsilə reklam xarakterli mətnlərin səsləndirilməsi son vaxtlar geniş vüsət alıb.
Sosial şəbəkələrdə sakinlərin şikayətçi olduğunu əks etdirən görüntülərlə bağlı fikirlər birmənalı qarşılanmır. Baku TV mövcud vəziyyətlə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Bu səslər insanları narahat edir, olmasa, yaxşı olar", - deyə sakinlərdən biri bildirib.
Başqa bir vətəndaş isə belə deyib:
"Belə şey olmaz. Bir tərəfdən isti, digər tərəfdən də səs insanı əsəbiləşdirir".
Mövzu ilə bağlı Dövlət Reklam Agentliyindən bildirilib ki, reklam qurğuları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın tələblərinə uyğun olmalıdır.
Həmin normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Sosial şəbəkələrdə təhlükəsizlik: Qaydaları pozanları 50 min manatadək cərimə gözləyir
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir. BAKU.WS Oxu.Az-a istinadə...