Övladları onlayn oxuyacaq valideynlərin nəzərinə - YENİLİK VAR
Yeni tədris ili başlayır. Pandemiya dövründə təhsilin əsasən onlayn keçiriləcəyini nəzərə alsaq, günün müəyyən saatlarında internetə tələbat artacaq. Bu tələbatı təmin etmək və internetdə yarana biləcək problemləri aradan qaldırmaq üçün hər hansı tədbirlər görülürmü?
Məsələ ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində xidmət göstərən qurum olaraq “Baktelecom” pandemiya dövrü ərzində paytaxt sakinlərini fasiləsiz rabitə xidmətləri ilə təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu dövr ərzində məsafədən iş rejiminin təşkili ilə əlaqədar daha sürətli internet bağlantıları olan ofislərdə istifadə olunan trafik gücləndirilmiş şəbəkə nəzərdə tutulmayan yaşayış yerlərində istifadə edilməyə başladı.
Eyni zamanda təhsil müəssisələri bağlandı. Nəzərə alsaq ki, evdə oturan şagirdlərin və tələbələrin izlədiyi onlayn şoular və video-konfranslar bütün trafikin təxminən 70%-ni təşkil edir, hər kəs eyni zamanda internet şəbəkəsinə qoşulmağa çalışır, bu zaman rabitə xidmətlərinin göstərilməsinə tələbat yaranır. Təbii ki, bu halda çətinliklərin yaranması qaçılmazdır.
Bütün bunları nəzərə alaraq “Baktelecom”un mütəxəssisləri istifadəçilərin fasiləsiz və sürətli xidmətlərlə təminatı üçün şəbəkənin təkmilləşdirilməsi istiqamətində operativ tədbirlər həyata keçirirlər. Həmçinin yüklənmələrin qarşısının alınması məqsədilə daşıyıcı şəbəkənin tutumu da artırılır.
Ötən illə müqayisədə bu ilin son 9 ayı üzrə “Baktelecom”un təqdim etdiyi multimedia xidmətlərinə qoşulmada 40% artım müşahidə olunub.
Qeyd edək ki, “Baktelecom” Bakı şəhərində genişzolaqlı xidmətlərin təmin edilməsi məqsədi ilə “Evədək optika” layihəsini icra edir. Yeni tədris ilinin başlanması ilə əlaqədar mənzillərin və fərdi evlərin telekommunikasiya xidmətləri ilə təminatını sürətləndirmişik. Paytaxtın mərkəzi küçələri ilə yanaşı şəhərətrafı ərazilərdə də optik şəbəkənin inşası davam etdirilir və sakinlərin rabitə xidmətlərinə qoşulması operativ şəkildə həyata keçirilir. Bundan əlavə məhdud infrastrukturlu ərazilərdə “Baktelecom” tərəfindən LTE texnologiyası ilə “simsiz rabitə” xidməti təqdim edilir. Bu texnologiya uzun zaman telefon çəkilişi mümkün olmayan ərazilərdə, telefon xətlərindən asılı olmadan telekommunikasiya xidmətlərinin göstərilməsinə imkan yaradır.
Qeyd edək ki, ötən illə müqayisədə 2020-ci ilin 8 ayında “Aztelekom” MMC üzrə yeni qoşulan istifadəçilərdə də 30% artım müşahidə olunub.
Eyni zamanda onlayn dərslər, seminarlar, iclaslar səbəbindən göstərilən xidmətlərə olan tələblər də artıb. Bu da regionlara ötürülən trafikin 40%-dən çox artmasına səbəb olub.
Bildiyiniz kimi, xidmətlərin dayanıqlılığının təmin edilməsi və şəbəkənin ötürülmə qabiliyyətinin artırılması məqsədilə Aztelekom tərəfindən DDDM/ İPMPLS texnologiyaların tətbiqi ilə magistral xətlərin yenidən qurulma layihəsi həyata keçirilirdi.
Situasiyanı nəzarə alaraq layihə çərçivəsində görülən işlərin tezləşdirilməsi ilə bağlı qərar qəbul edilib və bu günə, demək olar ki, artıq quraşdırılan avadanlıq tam istifadəyə verilib.
Eyni zamanda əhatə dairəsinin genişləndirilməsi və mövcud tutumun artırılması üzrə də işlər aparılır. Bu müddət ərzində mövcud şəbəkənin tutumu 36000 port artırılıb.
Bununla yanaşı əlavə 70-dən çox yaşayış məntəqəsində internet xidmətlərindən faydalanmaq imkan yaradıldı. Abşeron və Masallı rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində gpon texnologiyanın əsasında FTTH və ya evədək optika layihəsi həyata keçirilir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...