Naxçıvanda duz istehsalı dayandırılıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Naxçıvan Duz İstehsalı" MMC-də istehsal və qablaşdırma dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna nazirlikdən bildirilib.
Məlumata görə, duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb.
Nazirlik əhalinin və duzdan xammal kimi istifadə edən istehsal müəsisələrinin tələbatının fasiləsiz və dayanıqlı təmin olunması üçün ölkəmizin digər bölgələrində, eləcə də qonşu ölkələrdə istehsal olunan duzun muxtar respublikaya gətirilməsini nəzarətdə saxlayır.
Oxşar xəbərlər
Azərbaycan və Gürcüstan sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün tədbirlər planlaşdırır
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədində sıxlığın aradan qaldırılması müzakirə edilib. Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsinə istinadən xəbər ve...