"Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən"
"Müəllim daha çox iş axtarmalıdır, ya dövlət öz təhsilini inkişaf etdirmək üçün yaxşı müəllim axtarmalıdır? Biz yaxşı müəllimi axtarmaq üçün onun qarşısına problem qoyuruq – işə qəbul üçün pul ödəməlisən".
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasda "Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı danışıb.
"Burada nə qədər vəsait qənaət olunur ki?! Bir müəllim bir dəfə qəbul olub, alınmayıbsa, ikinci dəfə yenə cəhd edir və vəsait ödəməlidir. Müəllimlər ən az təminatı olan kateqoriyaya aid insanlar olurlar. Çünki bu sahədə müəyyən repititor fəaliyyəti ilə məşğul olanlar istisna olmaqla, digərlərinin gəlir səviyyəsi elə də yüksək olmur. Bu, bütün dövrlərdə belə olub. Biz o qənaəti niyə müəllim üzərindən etməliyik?
Yaxşı olar ki, müzakirə olunanda onların bu vəsaitdən azad olunması məsələsi qoyulsun. Ən azından biz o xərci azaldaq ki, yaxşı müəllimi stimullaşdıraq, məktəbdə dərs deməyə müəllim həvəslə qoşula bilsin. Əgər bu qanun belə qəbul olacaqsa, heç olmasa, onun kateqoriyasını genişləndirməliyik. Məsələn, burada qeyd olunur ki, müharibə veteranlarına şamil olunmur. Birinci Qarabağ müharibəsindən danışsaq, artıq 60 yaşı var. Son Qarabağ savaşında isə o yaralanıb, müəllim işləyə bilmir və yaxud səhhəti imkan vermir. Heç olmasa, bunu onun övladına, ailəsinə şamil etmək lazımdır. Yaxud da təaqüdçülərin övladına bu imkanı yaratmaq lazımdır", - deyə deputat qeyd edib.
Qeyd edək ki, qanun layihəsinə əsasən, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahan ödənişli olacaq.
Oxşar xəbərlər
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR
Bakı metrosunda bənövşəyi xətt üzrə stansiyalarda qatarların hərəkət intervalı azadılır. BAKU.WS APA-ya istinadla xəbər verir ki, "Avtovağzal" - "8 Noyabr" mənz...