Səmra Rəhimova "Haxışta"nı təqdim etdi

Səmra Rəhimova Haxıştanı təqdim etdi
Video
Şou-biznes 475

Müğənni Səmra Rəhimova uzun müddətdir üzərində çalışdığı "Haxışta" adlı mahnısını və klipini təqdim edib.

BAKU.WS xəbər verir ki, layihənin musiqisi Kamil İsmayılova, sözləri isə Səmra və Od-ya aiddir.

Aranjiman Emin Məmmədov, miks və masterinq isə Şəmxal Novrulu tərəfindən hazırlanıb. Klip Bakıda lentə alınıb.

Rejissor və layihə rəhbəri İlahə Baxşıyevadır. Samra bu dəfə də cəsarətli və fərqli obrazlara üstünlük verib.

Rəngli görüntülər, rəqs və orijinal tərz ekran işində xüsusi diqqət çəkir.

Müğənni bildirib ki, layihə anası İlahə Baxşıyevanın ideyasıdır və 3 il əvvəl yaranıb:

"Bu trekin sözləri günümüzə aiddir. Müxtəlif sahələrdə cəmiyyətin problemlərindən bəhs edir. Hər kəsin düşündüyü, amma dilləndirə bilmədiyi mövzular əks olunub".

Qeyd edək ki, klip Səmranın yutub kanalında, mahnı isə bütün rəqəmsal platformalarda yayımlanıb.

Oxşar xəbərlər

76 yaşlı Kadir İnanırın son halı sevənlərini məyus etdi

76 yaşlı Kadir İnanırın son halı sevənlərini məyus etdi

Məşhur aktyor Kadir İnanırın yeni fotosu yayılıb.  BAKU.WS xəbər verir ki, İstanbulda fəaliyyət göstərən dərnək rəhbəri Osman Cayak onu müalicə aldığı xəstəxana...

181 Şou-biznes 16:55 10 dekabr 2025

Son xəbərlər