Müəllimlərin maaşı bu qədər ARTACAQ
23
okt
2025
17:50
2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müsahibə mərhələsi başa çatıb.
Bu barədə BAKU.WS-ə MÜTDA-dan məlumat verilib.
Sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6628 nəfər 51 və yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə olunacaq.
Bundan əlavə, 11 min 316 nəfər iştirakçı 30–50 bal aralığında nəticə göstərib, həmin müəllimlərin maaşlarına isə 10 faiz artım əlavə olunacaq.
Test və müsahibə mərhələsində uğur qazanmayan və ya iştirak etməyən 3129 müəllim üçün təlimlər təşkil ediləcək.
Oxşar xəbərlər
Buraxılış imtahanında dörd nəfərdə mobil telefon aşkarlanıb
Martın 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki,...