Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatında üçüncü olublar
Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında üçüncü yeri tutublar.
BAKU.WS xəbər verir ki, 2 qızıl və 1 bürünc medal qazanan yığma 93 xalla komanda hesabında üçüncü olub.
Milli medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Azərbaycan yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.
Qeyd edək ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.
Oxşar xəbərlər
"Sabah" basketbol komandası yoxlama oyununda "London Lions"a məğlub olub
Litvada təlim-məşq toplanışında olan "Sabah" basketbol komandası növbəti yoxlama oyununda Böyük Britaniya təmsilçisi "London Lions"la qarşılaşıb. BAKU.WS xəbər...