Mülayim payızdan sonra qış çox sərt keçir - Ekoloqdan XƏBƏRDARLIQ
"Adətən belə isti payızların qışı sərt və soyuq keçir".
Bu barədə BAKU.WS-ə açıqlamasında Coğrafiya İnsitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev deyib.
O, bildirib ki, payızda havanın belə keçməsinin əsas səbəbi bizə həm qərbdən, həm də şimaldan gələn hava kütlələridir. Üstəlik bu hal tək bizdə belə deyil, Türkiyə, İran, İsrail, İtaliyə və İspaniya da müşahidə olunur.
"Adətən payız aylarında yağış ordan gəlirdi. Biz əvvəllər də belə payızlar müşahidə etmişik. Təbiət dövrilik qanunu ilə işləyir. Vaxtilə biz belə payız görmüşük. O ki qaldı şimaldan gələn soyuq, çovğunlu hava axınlarına əvvəllər bunun sayəsində havalar həddindən artıq soyuq keçirdi. Belə havaların heyvandarlığa çox xeyri var, yaşıl otlar bitir, bu da heyvanlar üçün yem mənbəyidir. Onu da deyim ki adətən belə payızların qışı çox soyuq və sərt olur. Həmişə deyirdilər ki, bu yaşıllıq otlaqda heyvanları otlatmaq lazımdır ki qış sərt olacaq, heyvan tövlədən çıxmayacaq. Buna görə də doyunca yeyib kökəlsinlər. Qışın necə keçəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Lakin çoxillik araşdırmalar göstərir ki payız xoş keçən il qış sərt olur. Lakin təbiətlə bağlı öncədən nəsə demək olmur", - deyə ekspert vurğulayıb.
Oxşar xəbərlər
Rusiyadan Azərbaycana halal adı altında donuz ətli konservlər gətirilib
Rusiyada fəaliyyət göstərən "Qlavprodukt" şirkətinin Azərbaycana göndərdiyi mal əti konsrvlərində donuz əti DNT-si aşkar edilib. BAKU.WS Oxu.az-a istinadən xəbə...