Məhkəmə tiktokerlərlə bağlı qərarını ELAN ETDİ - Nurdan, Duanna, "Tosu"...

Polisin keçirdiyi əməliyyatlarda saxlanılan daha iki tiktokerin həbs müddəti uzadılıb, iki nəfər isə ev dustaqlığına buraxılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, tiktokerlər Nurdan Yusifova, Duanna Quliyeva ev dustaqlığına buraxılıblar.
"Tosu" ləqəbli Məhərrəm Həsənovun həbs qətimkan tədbiri üç ay müddətinə uzadılıb.
"Toma" ləqəbli tiktoker Tamilla Mehdiyevanın həbs müddəti isə hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə bir ay artırılıb.
Hər dörd təqdimata Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan "Toma" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Oxşar xəbərlər
DİQQƏT! Bu ərazidə işıq olmayacaq
Bu gün Qubada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki...
