Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 10-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 28, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Daşkəsən, Şəki və Şərurda 20, Culfada 18, Kəlbəcərdə 15 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 15, Şəkidə 12, Zaqatala və Balakəndə 11, Şahdağda 9, Astara və Daşkəsəndə 8, Lerik, Gədəbəy, Yardımlı, Göygöl, Şahbuz, Xaltan, Gəncə, Kəlbəcər, Şəmkir, Tovuz, Oğuz, Mingəçevir, Sədərək, Ceyrançöl, Lənkəran, Quba, Naftalan, İsmayıllı, Ağstafa, Bərdə, Tərtər, Yevlax, Neftçala, Şərur, Göyçay, Sabirabad, Biləsuvar, Cəlilabad, Şuşa, Füzuli, Zəngilan, Laçın, Ağdam, Culfa, Ordubad, Altıağac, Goranboy və Naxçıvanda 7, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Sumqayıt, Gədəbəy, Naftalan, Zaqatala, Şəki, Qəbələ, Qusar, Xaltan, Göyçay, Biləsuvar, Gəncə, Göygöl və Balakəndə duman müşahidə olunub. Dumanda görünüş 200-500 m-dək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 12, Naxçıvan MR-da 18, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.

Oxşar xəbərlər
Masazırda zibilliyə çevrilən ərazi təmizləndi
Baku TV Masazır qəsəbəsi, Akim Abbasov küçəsində məişət tullantıları daşınmadığı üçün ərazidə antisanitar vəziyyətin hökm sürməsi barədə süjet hazırlamışdı. Kan...