iPhone 16 bahalı olacaq - SƏBƏB

iPhone 16 bahalı olacaq - SƏBƏB
Sosial 1819

iPhone 16 süni intellekt xüsusiyyətlərinə görə daha bahalı olacaq.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, investisiya firması Piper Sandler, Apple Intelligence süni intellekt sisteminin inteqrasiyası sayəsində iPhone 16-ya yüksək tələbat və daha yüksək qiymətlər proqnozlaşdırır. Bu barədə Apple Insider portalı araşdırmaya istinadən məlumat verir.

Analitiklərin fikrincə, yeni Apple modellərində süni intellektin olması satışa çıxarılan zaman əhəmiyyətli dərəcədə satışlara kömək edəcək. Bununla belə, cihazın qəbul tempi gələcəkdə yavaşlaya bilər.

Apple çox güman ki, öz cihazlarının qiymətlərini artırmağa məcbur olacaq ki, bu da suni intellektin olmasından aslıdır.

Eyni zamanda, Piper Sandler hesab edir ki, Apple Watch SE-nin potensial buraxılışı və AirPod-ların daha sərfəli versiyası, güclü satışlara töhfə verə bilər.

Apple-ın yeni iPhone 16, Apple Watch 10 (X) və AirPods-u təqdim edəcəyi "It"s Glowtime" təqdimatı sentyabrın 9-da Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

Son xəbərlər