2025-ci ilin ilk yarısında 20 mindən çox reklam dayandırılıb
2025-ci ilin ilk 6 ayı ərzində açıq məkanda qanunvericiliyin tələblərinə cavab verməyən 20 863 reklamın yayımı dayandırılıb.
Azərbaycan Respublikasının Reklam Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, demontaj olunan reklamların 53,59 faizi (11 181 ədəd) estetik görünüşə uyğun olmadığı üçün sökülüb. 15,52 faizi (3 238 ədəd) qeydiyyatsız, 13,48 faizi (2 812 ədəd) isə texniki tələblərə cavab vermədiyi üçün dayandırılıb.
Cari ilin ilk yarısında həmçinin "Reklam haqqında" Qanunun 4.7-ci maddəsi və "Dövlət dili haqqında" Qanunun 7-ci maddəsinə uyğun olmayan reklamların yayımı da dayandırılıb. Belə ki, bu müddət ərzində 209 reklam, 224 tütün məmulatı, tündlüyü 5 faizdən yuxarı olan 16 alkoqollu içki və açıq məkanda reklamı qadağan olunan digər 18 reklam sökülüb.
Qurumdan bildirilib ki, bu tədbirlər reklam bazarında qanunvericiliyin tətbiqinin gücləndirilməsi, ictimai mühitin estetik və hüquqi normalara uyğun saxlanılması məqsədini daşıyır.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 12–17 iyul 2026-cı il tarixlərində Gəncə və Samux ərazilərində baş vermiş qida zəhərl...