İlaxır çərşənbədə 25 dərəcə isti olacaq

Azərbaycanda martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-13, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 26-31, dağlarda gecə 4-9, gündüz 20-25 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Novxanıdakı piyada keçidinin varlığı yoxluğundan daha təhlükəlidir
"Necə olmalıdır?" rubrikasının növbəti buraxılışı yayımlanıb. Bu dəfə Novxanı dənizkənarı yolunda piyadaların üzləşdiyi təhlükəli vəziyyətdən bəhs olunub. Bildi...