İkinci əl avtomobil bazarında son durum
Yeniliklərdən dərhal xəbərdar olun
Bu həftəsonu Bakıdakı avtomobil bazarlarında canlanma müşahidə edilir.
Alıcıların və avtomobillərin sayında da kifayət qədər artım hiss olunur.
Satıcılardan biri Azərbaycan televiziyasına (AzTV) bildirib ki, hazırda bazarda qiymətlər stabil deyil:
"Qiymət artımı var, bu da birbaşa olaraq gömrük xərclərinin qalxması ilə əlaqədardır. Yəni maşınlar hazırda bahadır.
Hazırda ikinci əl avtomobillərə daha çox maraq var. 30 000 manata qədər olan maşınlarda 1 500, 2 000, 3 000 manata qədər artım müşahidə edilməkdədir.
Onu da deyim ki, alıcılar ikinci əl avtomobil alarkən onun ehtiyat hissələrinə diqqət etməlidirlər".
Oxşar xəbərlər
Gəncədə binada köməksiz qalan uşaq xilas edildi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı...