Heydər Məscidində təmir işləri aparılacaq
Heydər Məscidi İdarəsi məscid ərazisində cari təmir işləri görəcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 279 min manat təşkil edəcək.
Təmir işləri çərçivəsində Heydər Məscidinin həyətyanı ərazisinin istismar vəziyyətinin yaxşılaşdırılması, köhnəlmiş və zədələnmiş örtüklərin yenilənməsi, su sızmalarının qarşısının alınması, ziyarətçilərin daha təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, həmçinin məscidin ümumi görünüşü və uzunömürlülüyünün artırılması nəzərdə tutulur.
Qeyd edək ki, qapıların yenilənməsi də binanın funksionallığının və təhlükəsizliyinin yaxşılaşdırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Xırdalanda yeni tikilən bina sakinləri qəzəbləndirib: "Qanuni məsafə saxlanılmır"
Xırdalan şəhəri, Tofiq Hüseynov küçəsində yaşayan sakinlər yaxınlıqda inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisi ilə bağlı narazılıq edirlər. Vətəndaş...