Heydər Əliyev Mərkəzində “Oxu Günü” keçirilib – FOTO

Heydər Əliyev Mərkəzində “Oxu Günü” keçirilib – FOTO
Foto
Sosial 859
Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib.BAKU.WS xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Azərbaycan Respublikasının Gənclər Fondu və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşıb.Tədbirdə təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət Nazirliyinin, AMEA-nın, nümayəndələri, millət vəkilləri və digər şəxslər iştirak ediblər.“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib.Tədbirdə paytaxtın müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, interaktiv yarışlar keçirilib. Həmçinin 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqram təqdim olunub.Təhsili naziri məktəblilərin təqdimatlarını maraqla izləyib.Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdirib.

Son xəbərlər