Müğənnilər Leyla Əliyeva ilə bir arada (FOTO, VİDEO)

Müğənnilər Leyla Əliyeva ilə bir arada (FOTO, VİDEO)
Video
Şou-biznes 3349

Ötən gün Heydər Əliyev Fondunun təşəbbüsü və Nərimanov rayon icra hikimiyyətinin dəstəyi ilə kimsəsiz uşaqlar üçün xeyriyyə tədbiri keçirilib. 

BAKU.WS xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla Əliyeva da iştirak edib. Bundan başqa şou biznesin ulduzları da xəstə və kimsəsiz uşaqlar üçün konsert veriblər. Tədbirdən sonra məşhurlar Leyla Əliyeva ilə xatirə şəkili çəkdiriblər. 

Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində keçirilən budəfəki tədbirdə Bakının 1, 2 və 3 saylı uşaq evlərində təlim-tərbiyə alan, eləcə də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan 200-dən çox uşaq iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təşkil olunan tədbirdə uşaqlar üçün müxtəlif müsabiqələr keçirilib, fərqlənən iştirakçılara hədiyyələr təqdim edilib.

İncəsənət ustalarının çıxışları, uşaqlar üçün hazırlanmış şoular tədbirə qatılan azyaşlıların və yeniyetmələrin marağına səbəb olub.

Uşaqlar da bu tədbir üçün hazırladıqları proqramları təqdim ediblər. Daun sindromlu uşaqların rəqs nömrəsi alqışlarla qarşılanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbir iştirakçıları ilə birgə rəqs edib və onlarla xatirə şəkilləri çəkdirib.

Şənliyin sonunda bütün uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

BAKU.WS

Oxşar xəbərlər

Leyla Əliyeva ləzginka oynadı - VİDEO

Leyla Əliyeva ləzginka oynadı - VİDEO

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib. Fondun vitse-prezidenti Leyla Əliyev...

16142 Şou-biznes 11:51 10 may 2017

Son xəbərlər