Leyla Əliyeva uşaqlarla bir arada (FOTO)

Leyla Əliyeva uşaqlarla bir arada (FOTO)
Şou-biznes 1159

Noyabrın 10-da Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib.

BAKU.WS xəbər verir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva övladları ilə birgə şənlikdə iştirak edib.

Bakının əyləncə mərkəzlərindən birində keçirilən şənliyə paytaxtda yerləşən müxtəlif uşaq evlərinin sakinləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan uşaqlar qatılıblar.

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqları daim ailə qayğısı ilə əhatə edir və onların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili üçün mütəmadi surətdə müxtəlif tədbirlər təşkil edir. Uşaq evləri və internat məktəblərində məskunlaşan, valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsi ilə bağlı məsələ Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Fond onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının aradan qaldırılmasında yaxından iştirak edir.

Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən bugünkü şənlikdə balacalar müxtəlif maraqlı attraksionlarda əyləndilər, oyunlarda iştirak etdilər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət apardılar. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq aldılar, burada gözəl istirahət etdilər.

Müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşatdı.

Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

Azər Məmmədov 

BAKU.WS

Oxşar xəbərlər

Nazirlik kimsəsiz gənclərə toy etdi (FOTO)

Nazirlik kimsəsiz gənclərə toy etdi (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məzun evi"ndə ailə quran gənc üçün toy mərasimi təşkil olunub. BAKU.WS məlumat verir ki, Azərbaycan Respublikas...

1330 Sosial 11:15 22 iyul 2016

Son xəbərlər