Həm ağacları kəsdilər, həm gecə vaxtı söküntü etdilər
22
apr
2025
15:54
Bakının Nərimanov rayonu ərazisində – Əhməd Rəcəbli, Fətəli Xan Xoyski və Təbriz küçələrinin kəsişməsində gecə saatlarında aparılan söküntü işləri ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist İlqar Mikayıloğu öz sosial şəbəkə hesabında paylaşım edib. Görüntülərdə söküntü işlərinin gecə radələrində həyata keçirildiyi, ərazidə toz və səs-küyə görə insanların istirahətinin pozulduğu bildirilir.
Qeyd edilib ki, söküntü zamanı bir neçə ağac da kəsilib.
Hazırda məsələ ilə bağlı rəsmi qurumların hər hansı açıqlaması yoxdur.
Oxşar xəbərlər
"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib?
Salyanın Yolüstü kəndindən keçən Salyan-Şirvan avtomobil yolunun vəziyyəti sakinlərin ciddi narahatlığına səbəb olub. Kənd sakinləri yolda yüksək sürətlə hərəkə...