Ət məhsullarında bahalaşma - Xaricdən idxal nə üçün qiyməti ucuzlaşdırmır?

Ət məhsullarında bahalaşma - Xaricdən idxal nə üçün qiyməti ucuzlaşdırmır?
Açıqlama
Sosial 21

"Ölkədə ət qıtlığının və qiymət artımının qarşısının alınması üçün ilk növbədə yerli heyvandarlığın inkişafına dəstək verilməlidir. Bu istiqamətdə layihələr, subsidiyalar və dövlət proqramları icra olunmalı, əsas məqsəd isə istehsal və saxlanma xərclərinin azaldılması olmalıdır".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, hazırda ətin maya dəyərinin yüksək olması, bazarın tələbatı tam təmin etməməsi və manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər istehsalçıları və vasitəçiləri daha yüksək qiymətlər müəyyənləşdirməyə vadar edir:

"İdxal olunan ət yerli bazarda ciddi rəqabət mühiti yarada bilmir. Bunun səbəblərindən biri idxalın kifayət qədər böyük həcmdə olmaması, digəri isə yerli ətlə keyfiyyət və istehlak vərdişləri baxımından fərqlənməsidir. Xaricdən gətirilən ət əsasən ictimai iaşə obyektlərində istifadə olunur, əhali isə gündəlik tələbat üçün daha çox yerli məhsula üstünlük verir.

Qiymətlərin aşağı düşməsi üçün bazarda məhsul bolluğu yaradılmalı və eyni zamanda maya dəyəri azaldılmalıdır. Bunun üçün örüş sahələri genişləndirilməli, mövcud təsərrüfatların inkişafına şərait yaradılmalı və heyvandarlıqla məşğul olmaq istəyən sahibkarlara maliyyə dəstəyi göstərilməlidir".

AQC sdəri əlavə edi ki, yerli istehlakçının zövqünə və bazarın tələblərinə uyğun heyvan cinslərinin ölkəyə gətirilməsi də vacibdir:

"İdxalın genişləndirilməsi müəyyən rəqabət yarada bilər, lakin uzunmüddətli həll yolu yerli istehsalın gücləndirilməsidir.

2026-cı ilin ilk altı ayında ölkəyə təxminən 28 min ton ət idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur. Lakin idxalın dəyəri təxminən 20 faiz artıb ki, bu da xaricdən gətirilən ətin qiymətinin də yüksəldiyini göstərir. Xarici bazarlardakı bahalaşma isə təbii olaraq daxili bazara da təsir edir".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər