Əhaliyə ŞAD XƏBƏR! Pensiyalar ödənildi
14
apr
2026
14:56
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyalarını ödəyib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.
Digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin aprel ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
Oxşar xəbərlər
Ağcabədidə kanala yıxılan şəxs xilas edildi
Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində bir nəfər kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb. BAKU.WS xəbər ve...