DSX zabiti: Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar
Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar.
BAKU.WS xəbər verir ki, bu sözləri report-un Qazaxa ezam olunmuş əməkdaşına "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçusu polkovnik-leytenant Elnur Abdullayev deyib.
O bildirib ki, 19 aprel 2024-cü ildə Qazax rayonunun işğalda olan dörd kəndi Prezident İlham Əliyevin siyasəti nəticəsində bir güllə belə atılmadan azad edilib:
"Bu kəndlərdə hazırda sərhədçilər xidməti yüksək səviyyədə təşkil edir. Eyni zamanda sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı qoruyurlar. Hazırda arxamızda olan "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu yeddinci əsrdə tikilib. Bu qoruq Qazax rayonun Daşsalahlı kəndində yerləşir. Qoruq həm DSX-nin Sərhəd Qoşunları və Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Hazırda yerləşdiyimiz yüksəklik Subsaksiz yüksəliyi adlandırılır".
Oxşar xəbərlər
Bakıda evakuator aşıb, yola yağ və yanacaq dağılıb
Bakı şəhəri, Xətai rayonu Zığ-Beton yolunun kəsişməsində evakuatorun aşması nəticəsində yola yağ və yanacaq dağılıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirl...