Deputat mollalara maşın verilməsindən danışdı – “Bu proses yeni başlayıb"

Deputat mollalara maşın verilməsindən danışdı – “Bu proses yeni başlayıb
Sosial 1136

"Azərbaycanda dini icmalara avtomobillərin verilməsi müəyyən çaşqınlıq yaradıb. Bu baxımdan qeyd edirəm ki, burada söhbət fərdlərdən yox, icmalardan gedir. İcmalar nəqliyyat vasitələri ilə təmin olunurlar. Bu proses yeni başlayıb".

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, dini icmalara avtomobillərin verilməsi nümunəvi addımdır.

Komitə sədri əlavə edib ki, Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə olan qayğısı mütəmadi xarakter daşıyır: "Bunu istər məscidlərin tikilib və ya yenidən təmir olunmasında, istərsə də dini icmalara nəqliyyat vasitələrinin verilməsində şahidi oluruq".

BAKU.WS

Son xəbərlər