Siyavuş Novruzov: "Aşura günündə insanların özünü döyməsi, baş yarması qadağan olunur"
11
sen
2018
16:50
Azərbaycanda din qanunlarla tənzimlənir. Ölkədə tolerantlıq var, bütün dinlərə eyni münasibətlə yanaşılır.BAKU.WS-in trend-ə istinadla verdiyi məlumata görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.O qeyd edib ki, qanunla qeydiyyatdan keçən bütün dini icmalar üçün şərait yaradılıb.Millət vəkilinin sözlərinə görə, bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir.S.Novruzov əlavə edib ki, Aşura günündə insanların özünü döyməsi, xəsarət yetirməsi, baş yarması qadağan olunur:"Aşura günü anma mərasimi keçirmək istəyənlər bunu İslama uyğun şəkildə keçirə bilərlər".BAKU.WS
Oxşar xəbərlər
Siyavuş Novruzov qız qaçırmadan danışdı: "Bəlkə qız və oğlan bir-birlərini seviblər"
“Ailələrin dağılması ciddi problemə çevrilib”.“Report”un xəbərinə görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən...