Allahşükür Paşazadə Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib
01
okt
2017
12:29
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam, Hacı Allahşükür Paşazadə Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, QMİ sədri "Təzə Pir" məscidində qan verib.Qanvermədə QMİ sədri ilə yanaşı, onun oğlu, habelə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dini icmaların rəhbərləri də iştirak edib.Qeyd edək ki, bu gün QMİ-nin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda bölgələlər də daxil olmaqla, 17 məsciddə qanvermə aksiyası keçirilir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın məscidlərində Aşura günü ilə əlaqədar qanvermə aksiyası başlayıb (ÜNVANLAR)
Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası başlayıb. "Report"un məlumatına görə, "Təzə Pir " məscidində də qanv...