Allahşükür Paşazadə mollaları kamera ilə izləyəcək

Allahşükür Paşazadə mollaları kamera ilə izləyəcək
Sosial 1430

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məscidlərə kamera yerləşdirəcək. 

BAKU.WS xəbər verir ki, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib.

QMİ sədri deyib ki, din xadimləri dövlətə dəstək olmalıdırlar. 

"Düzdür, din dövlətdən ayrıdır, ancaq din xadimləri həqiqətləri xalqımıza çatdırmalıdır. Biz bu dövləti qorumağa çalışmalıyıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi yerlərdə din xadimlərinin təkliflərini nəzərə alıb, birgə moizələr hazırlayacağıq. Din xadimlərimiz yerlərdə bu moizələri oxumalıdır”, - Paşazadə əlavə edib.

Həmçinin QMİ sədri deyib ki, axundların moizələrini izləmək üçün məscidlərə kameralar quraşdıralacaq. "Mən özüm də qrup yaradacam, axundların moizələrini izləyəcəyəm. Axundun hansı moizələr oxumasından xəbərim olmalıdır”, - sədr əlavə edib.

BAKU.WS

Oxşar xəbərlər

Rəşad Məcidə vəzifə verildi - Prezidentin sərəncamı

Rəşad Məcidə vəzifə verildi - Prezidentin sərəncamı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb....

2960 Şou-biznes 11:34 20 fevral 2016

Son xəbərlər