Siyavuş Novruzov Milli Məclisdə bankları sərt tənqid edib

Siyavuş Novruzov Milli Məclisdə bankları sərt tənqid edib
Sosial 2232
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov kommersiya banklarını sərt tənqid edib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən S.Novruzov deyib ki, kommersiya bankları insanlardan dollarla nisbətdə sığortalanmış vəsaiti 3 faizdən götürür, 12 faizdən yuxarı isə verir: “Arada qalan fərqi özləri üçün sərf edirlər. Sabah bir problem yarananda da camaatı dövlətin üstünə göndərirlər. Qazanan həmin kommersiya bankı olub, burada dövlətin elə bir qazancı olmayıb. İndi həmin şəxslər zəhmət çəkib problemli kreditlərin bağlanmasına köməklik göstərsinlər. 10 illərlə qazanıblar, indi vətəndaşın həmin probleminə kömək etmək lazımdır. 12 faizlə depozit götürür, həmin vəsaiti 28-30 faizlə vətəndaşa kredit verir. Burada 2-3 dəfə fərq yaranır. Bunlara ciddi nəzarət olmalıdır ki, heç olmasa yaratdığı problemləri aradan qaldırsınlar. Vətəndaşların hüququ qorunsun və onları dövlətdən narazı salmasınlar”.BAKU.WS

Son xəbərlər