Milli Məclis: "Bu vəkillərə ciddi nəzarət olunmalıdır"

31
okt
2017
16:31
Hüquq-mühafizə orqanlarından rüşvət üstündə, qanunsuz fəaliyyətinə görə qovulan bəzi şəxslər işsiz qalan kimi vəkillik fəaliyyəti ilə məşğul olur.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.S.Novruzov bildirib ki, həmin şəxslərin vəkil kimi fəaliyyət göstərməsinə ciddi nəzarət olunmalıdır.Deputat hesab edir ki, ali məktəbi yeni bitirmiş gənclərə üstünlük verilməlidir, nəinki həmin şəxslərə: “Çünki onlar hakimlərlə danışıqlara gedirlər və öz maraqları naminə çalışırlar”.BAKU.WS

Oxşar xəbərlər
Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirildi
Azərbaycanda hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirilib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, Milli Məclisin bu...