"Nümunəvi qəbiristanlıqlar yaradılacaq"
Son zamanlar qəbiristanlıqlarda oğurluq hallarına tez-tez rast gəlinir.
Bu hadisələr isə məzarların yerləşdiyi ərazilərə nəzarətin olmadığı məsələsini gündəmə gətirib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov modern.az-a bildirib ki, qəbiristanlıqlarla bağlı yeni qanun layihəsi hazırlanır.
"Bu qanun layihəsi, yəqin ki, növbəti sessiyada Milli Məclisdə müzakirə olunacaq. Təsdiq olunduqdan sonra isə nümunəvi qəbiristanlıqlar yaradılacaq. Həmin qəbiristanlıqların statusu, səlahiyyətlər və ora nəzarət işinin təşkili məsələsi dəqiqləşəcək. Bununla da həmin ərazilərdən oğurluq hadisələrinin qarşısı alınacaq".
Komitə sədri, həmçinin qeyd edib ki, qəbiristanlıqlarda oğurluq edənlərlə bağlı hansısa qanunların sərtəşdirilməsinə ehtiyac yoxdur.
"Çünki bu, ya vandallıq hərəkətidir, ya da oğurluqdur. Buna başqa bir ad verilmir. Həmin işləri görən şəxslər barəsində isə Cinayyət Məsəlləsdə göstərilmiş müvafiq maddələr üzrə cinayət işi açılır".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda sulu qəlyanlara məhdudiyyət qoyula bilər
"Azərbaycanda "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun lahiyəsi artıq hazırdır". BAKU.WS bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial...