Qaçqın və köçkünlərin geri qayıtması ilə bağlı qanun hazırlanıb

Qaçqın və köçkünlərin geri qayıtması ilə bağlı qanun hazırlanıb
Sosial 2741

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyası üçün ilk iclası keçirilib. BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, iclasda komitənin yaz sessiyası üzrə qanunvericilik işləri planına baxılıb. Komitə sədri Hadi Rəcəbli bildirib ki, yaz sessiyasında iki - "Əlillərin hüquqları haqqında" və "Turizm haqqında" qanun layihələrinə baxılacaq: "Ona görə də yeni əlavə qanun layihəsi hazırlamağı düşünmədik. Hər iki layihə uzun müddətdir ki, geniş müzakirə olunur. Artıq yaxın günlərdə layihə parlamentə daxil olacaq". H.Rəcəbli qeyd edib ki, "Əlillərin hüquqları haqqında" qanun layihəsi əvvəllər qəbul olunan "Əlilliyin qarşısının alınması haqqında" qanunun yenidən işlənilmiş variantıdır: "Çünki həmin qanun aktuallığını qismən itirmişdi və yenidən işləmək ehtiyacı yaranmışdı". Onun sözlərinə görə, "Qaçqın və məcburi köçkünlərin repatriasiya haqqında" qanun layihəsi hazırlanıb: "Qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri dönməsini, bu zaman cərəyan edəcək proseslərin tənzimlənməsini nəzərdə tutan layihə əlimizdədir. Bundan başqa, Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi də nəzərdə tutulub. Təkliflərə dinləmələr halında baxılacaq. Həmçinin yeni təşəbbüslərdən çıxış etməliyik. Bu istiqamətdə deputatların üzərinə ciddi vəzifələr düşür. Eyni zamanda, bugünkü reallıqlara əsaslanaraq bir sıra qanunlara əlavə və dəyişikliklər də edilməlidir. Buna bizim imkanlarımız var". O qeyd edib ki, parlamentdə dinləmələrin keçirilməsinə başlanılıb: "Bundan başqa, dinləmələrin nazirliklərdə də keçirilməsi üçün şəraitin yaradılması yaxşı olardı. Hətta bunun üçün bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla danışığımız olub. Nazir bu təklifimizi müsbət qarşılayıb".  

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər