Nazirlikdən əhalini sevindirəcək addım: İşsizlərə sığorta pulu veriləcək
Azərbaycanda işsizlikdən icbari sığorta sistemi yaradılacaq.
BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Nüdafiəsi Nazirliyində artıq bu barədə qanun layihəsi hazırlanıb.
"Layihə ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işsizlikdən sığortası ilə bağlı hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən edir”, - deyə nazirlikdən bildirilib.
ƏƏSMN-dən verilən məlumata görə, işsizlikdən sığorta işsizlər üçün müavinət kimi ödəniləcək: "İşsizlikdən sığorta imkan verəcək ki, işsiz qalan şəxs müəyyən müddət ərzində işsizlik müavinəti alsın. Bu müavinətlər isə həmin şəxsin rəsmi əmək fəaliyyəti zamanı özü tərəfindən vaxtilə edilmiş ödənişlər hesabına həyata keçiriləcək”.
Müvafiq strukturlarla razılaşdırıldıqdan sonra qanun layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi gözlənilir.
Xatırladaq ki, hazırda Azərbaycanda işsizlərin sosial müdafiəsi üsullarından biri işsizliyə görə müavinətdir. "Məşğulluq haqqında” qanuna görə, işsizlik statusunu məşğulluq mərkəzlərində almaq olar. Əgər bu mərkəzdə qeydiyyata alınan şəxs 10 gün ərzində işə təklif almırsa, onu rəsmi olaraq işsiz statusu verilir və işsizlikdən müavinət ödənilməsinə başlanılır.
İşsizlik müavinətinin məbləği müxtəlif kriteriyalar əsasında hesablanır və vətəndaşın sonunca iş yerində aldığı əmək haqqının 70%-ə çata bilər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda pensiya ilə bağlı vacib toplantı
Sığorta-pensiya sistemində yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinə dair konfrans keçirilib. BAKU.WS-in DSMF-yə istinadla verd...