Qazaxıstanda qanunsuz işləyən 56 Azərbaycan vətəndaşı saxlanılıb

Qazaxıstanda qanunsuz işləyən 56 Azərbaycan vətəndaşı saxlanılıb
Hadisə 1000

Qazaxıstanın Almatı vilayətində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 56 Azərbaycan vətəndaşı saxlanılıb.

BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, bu barədə Panfilovski rayonunun prokuroru Aydın Torebekov söyləyib.

Onlar rayon prokurorluğu tərəfindən "Qərbi Avropa - Qərbi Çin" layihəsi çərçivəsində əcnəbi işçi qəbul edən müəssisələrdə miqrasiya qanunvericiliyinə riayət olunması ilə bağlı aparılan yoxlama zamanı aşkar ediliblər.

Azərbaycan vətəndaşları "EVRASKON" Avro-Asiya tikinti korporasiyası" ASC-də fəaliyyət göstəriblər. Onların Qazaxıstan ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq haqqında razılıq almadıqları müəyyən edilib.

Hazırda əcnəbilərin ölkə sərhədlərindən xaric edilməsi məsələsinə baxılır.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakı-Sumqayıt yolunda reyd başladı: qarşıdurma oldu (VİDEO)

Bakı-Sumqayıt yolunda reyd başladı: qarşıdurma oldu (VİDEO)

Bu gün Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasından sonra Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) və Baş Dövlət Yol Polisi İdarə...

3053 Hadisə 15:21 17 sentyabr 2015

Son xəbərlər