İş axtaranlara xoş xəbər

İş axtaranlara xoş xəbər
Sosial 2026

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə 2 rayonda Əmək yarmarkaları təşkil olunacaq. 

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Əmək yarmarkalarının avqustun 28-də Şirvan şəhərində və Kürdəmir rayonunda keçirilməsi planlaşdırılır. İlkin məlumatlara görə, yarmarkalar zamanı Şirvan şəhərində 38 müəssisə üzrə 280, Kürdəmir rayonunda isə 55 müəssisə üzrə 200-dən çox boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək.

Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri təqdim olunacaq.  

İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirlər zamanı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Yol polisi olmaq istəyənlər üçün yeni xəbər

Yol polisi olmaq istəyənlər üçün yeni xəbər

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Bakı ş...

5953 Hadisə 16:52 25 avqust 2015

Son xəbərlər