Azərbaycanda avtovağzallara pasport veriləcək

Azərbaycanda avtovağzallara pasport veriləcək
Sosial 1261

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə olunub.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, sənəd barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycanda avtovağzala (avtostansiyaya) pasportun verilməsinə görə dövlət rüsumu alınacaq.

Qanunda avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyən edilib. Belə ki, avtovağzala pasportun verilməsi üçün 600 manat, avtostansiyaya pasportun verilməsi üçün 400 manat dövlət rüsumu alınacaq.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsi "Avtomobil nəqliyyatı haqqında" qanuna uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər