İlham Əliyevdən KİV haqqında qanuna dəyişiklik
Azərbaycan prezidenti İlham Əliyev "Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanununun təsdiqlənməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, Milli Məclisin oktyabrın 20-də keçirilmiş plenar iclasında "Kütləvi informasiya vasitələri haqqında” qanununun dəyişiklik edilməsi barədə qanun qəbul edilib. Qanunun 44-cü maddəsinə əlavə edilən üçüncü hissədə bildirilir ki, "Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev qaçqın və məcburi köçkünlərlə bağlı fərman imzaladı
Azərbaycan prezidenti İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunda dəyişikliklər edilməsi ba...