Azərbaycanda polislərin vəzifəsi artırılır

Azərbaycanda polislərin vəzifəsi artırılır
Sosial 1480

Azərbaycanda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşlarının yerinə yetirdiyi vəzifələrin miqyası genişləndirilir.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib. Bununla bağlı Milli Məclisdə "Polis haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Polis haqqında” qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizlin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni bənd əlavə edilməsini nəzərdə tutan layihə hazırlanıb.

Belə ki, həmin maddəyə əlavə ediləcək 7-1 bəndinə əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.

Qanun layihəsinin oktyabrın əvvəlində Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Prezident bu qanuna etiraz edərək geri qaytardı

Prezident bu qanuna etiraz edərək geri qaytardı

Azərbaycan Milli Məclisi tərəfindən qəbul olunan "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunu prezident İlham Əliyev yenidən parlamentə qayta...

3032 Siyasət 16:56 21 sentyabr 2015

Son xəbərlər